Güclü külək Qaxın kəndlərini işıqsız qoydu

Güclü külək Qaxın kəndlərini işıqsız qoydu

Hazırda oxunan: Güclü külək Qaxın kəndlərini işıqsız qoydu

58832

Qax rayonunda günorta saatlarından rayonun bəzi ərazilərində güclü küləklə müşahidə edilən hava şəraiti hökm sürür.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, güclü külək nəticəsində rayonun Alatəmir kənd ərazisində iri gövdəli qoz ağacı elektrik xəttinin üzərinə aşıb.

Nəticəsində elektrik xətləri qırılıb.

Bu səbəbdən rayonun Alatəmir, Turaclı, Marsan, Fıstıqlı və Cüdüllü kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO