Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Qusarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri KEÇİRİLDİ - FOTO

588252

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə Qusar rayonunun Mərkəzi Meydanında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, RİH başçısı Aparatının əməkdaşları və digər idarə, müəssisə, təşkilat rəhbərlərinin və əməkdaşlarının, rayon ictimaiyyəti və qonaqların iştirakı ilə ümumrayon tədbiri və bayram konserti keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bayram tədbirində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbriki səsləndirilib.

Tədbir daha sonra konsert proqramı ilə davam etdirilib.

Rayonun mədəniyyət və incəsənət kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
 

Səhnədə milli və müasir musiqi nümunələri səsləndirilib, bayram ab-havasını əks etdirən rəqs və musiqi nömrələri tamaşaçılara nümayiş etdirilib. 


Mərkəzi Meydan bayrama uyğun şəkildə bəzədilib, tədbir iştirakçıları və qonaqlar konsert proqramını yüksək əhval-ruhiyyə ilə izləyiblər.


















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO