Xəbər verdiyimiz kimi, Elxan İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun paytaxtın Nəsimi rayonuna rəhbərlik etməsi 47 gün çəkib.
Bizim.Media xəbər verir ki, metbuat.az sabiq icra başçısı ilə bağlı maraqlı məlumat əldə edib.
Bəlli olub ki 43 yaşlı keçmiş başçıdan təkcə Nəsimi rayonu ərazisində fəaliyyət göstərən iş adamları şikayətçi olmayıb. Tabeliyində çalışan əməkdaşlar da Elxan İbrahimovdan narazılıq ediblər. Buna səbəb onun Nəsimi Rayon İcra Hakimiyyətində və tabe qrumlarda çalışan əməkdaşlarla kobud davranması göstərilir.
Məlumatlara görə, Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimyyətində vəzifə tutan əksər əməkdaşlardan ərizə yazıb könüllü şəkildə işdən getməyi tələb edib. Onun işdən çıxmasını istədiyi şəxslərin siyahısında icra başçısının müavinlərinin, şöbə müdürlərinin, sektor müdürlərinin adları olub. Keçmiş başçı təyinatın ertəsi günü həmin şəxsləri ərizə yazmağa məcbur edib. Əməkdaşlar bu tələbə boyun əymədiyi üçün tərəflər arasındakı narazılıq qarşıdurma həddinə çatıb.
Elxan İbrahimovun cəmi 47 gün sonra vəzifəsini itirməsində bu amilin xüsusi rol oynadığı bildirilir.
Bizim.Media
































































































