Zabratın KEÇİLMƏZ YOLLARI: "Qazıb, elə də qoyub gediblər" – VİDEO

Zabratın KEÇİLMƏZ YOLLARI: "Qazıb, elə də qoyub gediblər" – VİDEO

Hazırda oxunan: Zabratın KEÇİLMƏZ YOLLARI: "Qazıb, elə də qoyub gediblər" – VİDEO

588200

Sabunçu rayonunun Zabrat qəsəbəsi, Tofiq Quliyev küçəsində yaşayan sakinlər uzun illərdir yol infrastrukturu ilə bağlı problemlərdən əziyyət çəkdiklərini bildirirlər.

Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Qeyd olunub ki, illərdir yağıntılı havalarda sakinləri çıxılmaz vəziyyətdə qoyan mövcud problemlə bağlı aidiyyəti qurumlar heç bir tədbir görmürlər.

"Dəfələrlə şəxsi vəsaitimiz hesabına yolu az da olsa bərpa etməyə çalışmışıq, amma qısa müddətdən sonra yenidən yararsız hala düşüb. Bu dəfə də küçəmizi su çəkənlər belə vəziyyətə salıblar. Küçəmizdə su xətti olmasına baxmayaraq, "yeni su xətti çəkilməsi" adı altında yolu qazıb, elə də qoyub gediblər. Çox əziyyət çəkirik, amma heç bir tədbir görən yoxdur", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən oxu.az-a verilən məlumatda su xətlərinin dəyişdirilməsi faktı təsdiqlənib.

Qeyd olunub ki, sözügedən ünvanda hazırda "Zabrat qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində yeni su xətlərinin çəkilməsi istiqamətində genişmiqyaslı layihə icra edilir.

"Hazırda layihə üzrə tikinti işləri davam etdirilir. İşlər tam başa çatdırıldıqdan sonra yollar bərpa ediləcək", - deyə məlumatda bildirilib.
 

Sabunçu Rayonu İcra Hakimiyyətindən (RİH) isə bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi Zabrat qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir:


"Zabrat qəsəbəsi, Tofiq Quliyev küçəsində də yolun təmiri ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün RİH tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO