Həbsdə olan şəxsin evi yandı

Həbsdə olan şəxsin evi yandı

Hazırda oxunan: Həbsdə olan şəxsin evi yandı

58786

Lənkəranda iki mərtəbəli ev yanıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.

Belə ki, kənd sakini 1968-ci il təvəllüdlü Fikrət Əzizəli oğlu Hadıyevə məxsus yaşayış evi yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub, yanğın söndürülüb.

Ümumi sahəsi 140 kvadratmetr olan iki mərtəbəli evin dam örtüyü və ikinci mərtəbənin bir hissəsi yanıb. Qalan hissələr yanğından mühafizə olunub.

İlkin məlumata görə, ev sahibi həbsdə olduğundan mənzil kirayəyə verilib. Yanğın zamanı evdə kimsə olmayıb.

Yanğının qısa qapanmadan baş verdiyi ehtimalı var. Yanğının əsas səbəbi ekspertizadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO