Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Axşam saatlarında yola çıxmayın!

587856

Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın yağması və hava temperaturunun aşağı düşməsi nəticəsində yol şəraiti mürəkkəbləşib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

İdarə xəbərdarlıq edib ki, axşam saatlarında temperaturun daha da enməsi səbəbindən yol örtüyündə gizli buzlaşma ehtimalı artır ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir.

Hərəkət iştirakçılarının mənzil başına təhlükəsiz çatması üçün yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparsa da, bəzi sürücülərin yola hazırlıqsız çıxması həm onların özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

BDYPİ axşam saatlarında yol şəraitinin daha riskli olduğunu nəzərə alaraq sürücüləri səfərlərə çıxarkən axşam saatlarında yol şəraitinin daha təhlükəli olduğunu unutmamağa, qış mövsümünə uyğun təchiz edilməmiş, xüsusilə şinlərinin protektor hündürlüyü normadan az olan, işıqlandırma və isitmə sistemləri nasaz avtomobillərlə riskli istiqamətlər üzrə hərəkətdən çəkinməyə, körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilli yol sahələrində axşam saatlarında daha yüksək diqqət və ehtiyat göstərməyə çağırır.

Sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə isə gecə və axşam saatlarında mümkün qədər alternativ və daha təhlükəsiz marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO