Yerli şirkət minatəmizləmə əməliyyatlarına cəlb olundu

Yerli şirkət minatəmizləmə əməliyyatlarına cəlb olundu

Hazırda oxunan: Yerli şirkət minatəmizləmə əməliyyatlarına cəlb olundu

58768

Ölkənin biznes mühitinin yaxşılaşdırılması, əlavə iş yerlərinin açılması, dövlət və özəl sektor arasında davamlı inkişaf çərçivəsində minatəmizləmə sahəsində ixtisaslaşmış yerli şirkətlərlə əməkdaşlıq imkanları yaradılır.

Bizim.Media ANAMA-ya istinadən xəbər verir ki, Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb olunmuş və 2022-ci ilin 1 fevral tarixində ilk yerli şirkət Füzuli-Xocavənd rayonları ərazisində prioritet istiqamətlər üzrə əməliyyatların icrasına başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İşğaldan azad olunan ərazilərdən 289 mina aşkarlandı


Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak etmiş və akkreditasiyadan keçirilib.

Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər Beynəlxalq Minatəmizləmə Standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO