“Attestatla qəbul tələbə cəlb etmək üçün alətdir" - Tural Əhmədov

“Attestatla qəbul tələbə cəlb etmək üçün alətdir" - Tural Əhmədov

Hazırda oxunan: “Attestatla qəbul tələbə cəlb etmək üçün alətdir" - Tural Əhmədov

587527

"Attestatla qəbul tələbə cəlb etmək üçün alətdir". 

Bizim.Media xəbər verir ki, bu sözləri  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün 2025-ci ilin yekununa dair  brifinqində qeyd edib. 

"Attestatla qəbul mərkəzləşdirilmiş imtahanlarda uğurlu olmayan vətəndaşlar üçün təklifdir. Biz bu diplomların tanınıb-tanınmayacağını indidən müəyyən edə bilmərik. 

Tanınma üçün birinci şərt akkreditasiyadır. Ali təhsil müəssisəsi yerləşdiyi ölkədə akkreditasiyadan keçmiş olmalıdır.  

Bəzi ölkələrdə birgə tərəfdaşlıq çərçivəsində proqramlar  təklif olunur. Yekunda isə biz ümumiyyətlə onun universitet olaraq tanınmadığını görürük”. 

Tural Əhmədov əlavə edib ki, attestatla qəbul olan vətəndaşların taleyi sıxıntılı olur:

“Müraciətdə görünür ki, 4 il oxuyurlar ancaq imtahanlarda göstəriciləri zəif olur, onların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda da nəticələri zəif olur". 

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO