Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Hazırda oxunan: Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

587406

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi keçirilib
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi 24 Dekabr 2025-ci il tarixdə Qusar Rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əvvəlcə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova və Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, xatirəsi dərin ehtiramla yad edilib.

Məclis Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə öz işinə başlayıb.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov məclis iştirakçılarını və qonaqları salamlayaraq, belə bir mötəbər tədbirin Qusar rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib. İcra başçısı tədbirin təşkilatçılarına təşəkkürünü bildirərək, rayonda son dövr ərzində sosial-iqtisadi inkişaf, səhiyyə infrastrukturunun gücləndirilməsi, əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verib. Sahir Məmmədxanov səhiyyə sahəsində çalışan əməkdaşların cəmiyyət üçün əhəmiyyətli fəaliyyətini xüsusi vurğulayaraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məclisdə gündəliyə çıxarılan məsələlər dinlənilib, iştirakçılarının sual və təklifləri eşidilib, müzakirələr aparılıb, səhiyyə sahəsində çalışan üzvlərin sosial-iqtisadi maraqlarının müdafiəsi istiqamətində qərarlar qəbul olunub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO