Daha bir “mal bazarı”nın fəaliyyəti bərpa edilir – VİDEO

Daha bir “mal bazarı”nın fəaliyyəti bərpa edilir – VİDEO

Hazırda oxunan: Daha bir “mal bazarı”nın fəaliyyəti bərpa edilir – VİDEO

587222

Oktyabrın 25-dən dabaq xəstəliyinə görə bağlanılan “mal bazarları”nın fəaliyyəti bərpa olunur.
 

MÖVZU İLƏ BAĞLI: 

İki ay bağlı qalan Bərdə Mal Bazarı yenidən AÇILDI - FOTO


Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Göygöl rayon heyvan bazarında yenidənqurma işləri yekun mərhələdədir.

AQTA-nın nəzarəti altında Göygöl rayonunda fəaliyyət göstərən heyvan bazarında yenidənqurma işləri yekun mərhələyə çatıb.

Hazırda bazarın ərazisində yolun asfaltlanması, heyvanların saxlanma məntəqələrinin təşkili və dezbaryerlərin quraşdırılması kimi əsas infrastruktur işləri tamamlanıb. Bazarda iri və xırda buynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması üçün məntəqələr tikilib.
 

Bazarın açılması üçün Agentliyə müraciət edilib. Yaxın günlərdə Göygöl və daha bir neçə infrastruktur işləri həyata keçirilən heyvan bazarlarının yenidən fəaliyyətə başlaması ilə bağlı müvafiq qərarlar veriləcək.


Qeyd edək ki, daha əvvəl Bərdədəki “mal bazarı” da fəaliyyətini bərpa edib.

Xatırladaq ki, dabaq xəstəliyi ilə bağlı sağlamlaşdırma tədbirləri səbəbindən oktyabrın 25-dən etibarən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunmuşdu.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO