Liseyin sabiq direktoru həbsdə vəfat etdi

Liseyin sabiq direktoru həbsdə vəfat etdi

Hazırda oxunan: Liseyin sabiq direktoru həbsdə vəfat etdi

587020

Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıverdi Tanrıverdiyev həbsdə dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, məhkəmə bu səbəbdən yeni qərar qəbul edib.

Qərara əsasən, onunla bağlı son müraciətə xitam verilib. Ərizədə ölüm səbəbi uzunmüddətli xəstəlik göstərilib.

Qeyd edək ki, keçmiş direktor külli miqdarda mənimsəmə, rüşvətalma, ağır nəticələrə səbəb olan səhlənkarlıqda ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsi T.Tanrıverdiyevə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası versə də, prokurorun etirazı hökmü dəyişib.

Apellyasiya instansiyasının yeni qərarı ilə Tanrıverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun evi və torpaq sahələri də müsadirə olunub.

Cinayət işi üzrə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəymiş ziyan 200 min manata yaxın olub. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO