Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədli “Uşaqların zərərli informasiyadan qorunması” mövzusundakı brifinqdə bildirib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna dəyişikliklər layihəsi hazırlanır. Qanun çərçivəsində uşaqlarla bağlı oyuncaqlar, geyimlər və digər əşyalar tənzimlənəcək, cinayətkarlığı, zorakılığı və digər neqativ davranışları təbliğ edən məhsulların qarşısı alınacaq.
Maraqlı məqam isə bu qadağaların hansı istiqamətdə və necə tətbiq olunacağıdır. Nəzərə almaq lazımdır ki, uşaqlar arasında silah şəklindəki oyuncaqlara maraq çoxdur.
Belə oyuncaqlar da qadağan edilə bilərmi? Ümumiyyətlə, bu proses uşaqları tam sərhədləmədən necə aparıla bilər?
Psixoloq Nabat Mirzəyeva Bizim.Media-ya mövzuyla bağlı deyib ki, bəzi obrazlar var ki, onların oyuncaqlarda, geyimlərdə təsvir edilməməsi nəzərə alınmalıdır:
“Bu qadağalar çərçivəsində qorxu və stress aşılayan, qəzəbli, qorxulu sifəti xatırladan obrazlar sətiraltı təcavüz, şiddət mesajları nəzərə alınmalıdır. Çünki onlar uşaqlarda gecə qorxu, həyəcan, aqressiya yarada bilər. Seksual mətnlər, uşaqlara cinsəl olaraq ötürülən mesajlar, onların emosional olaraq inkişafına uyğun gəlməyən obrazlar, həmçinin cinsi ayrıseçkiliyi ötürən şüarların olduğu geyimlər də qadağan edilməlidir.
Oyuncaq silahların tam qadağası düzgün deyil, ancaq qısıtlamalar, sərhədlər olmalıdır. Çünki silahla oynamaq bir çox uşaqlarda “bu, realda da təbliğ edilə bilər” düşüncəsi yaradır. Sözsüz ki, bunlar qadağayla yox, sərhədlə, məsələni başa salaraq olmalıdır. Məsələn, "oynaya bilərsən, ancaq bu, bir oyuncaqdır, gerçək həyatda tətbiq oluna bilməz" kimi sözlər deyilməlidir”.
Nabat Mirzəyeva valideynlərin daha çox üstünlük verməli olduqları geyimlərdən də danışıb:
“Geyimlərin üzərində müsbət stikerlərin, "emoji"lərin olması daha məqsədəuyğundur. Biz oyuncaqlarla , geyimlərlə övladlarımıza nifrəti, kini yox, heyvanları, təbiəti sevməyi bir emoji ilə, rəsmlə aşılaya bilərik. Dediyim kimi, qadağan olmamalıdır. Çünki bu, uşaqlarda gizli maraq yarada bilər. Buna görə də valideyn olaraq övladımıza məsələni izah etməli, nəticələrini danışmalıyıq”.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 23.12.2025
Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?
Hazırda oxunan: Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?
Hazırda oxunan: Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?
586853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































