XİN-də diplomatik xidmətə qəbul imtahanının nəticələri AÇIQLANDI

XİN-də diplomatik xidmətə qəbul imtahanının nəticələri AÇIQLANDI

Hazırda oxunan: XİN-də diplomatik xidmətə qəbul imtahanının nəticələri AÇIQLANDI

58680

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri elan olunub.

Bizim.Media xəbər verir ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.

Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 460 nəfər iştirak edib.

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı üç hissədən ibarət olub – test imtahanı, Azərbaycan dilində esse və seçilən xarici dildə esse.

Hər bir hissə üzrə imtahanın nəticələri 100 ballıq şkalada qiymətləndirilib və bütövlükdə toplanıla bilən maksimal bal 300-ə bərabər olub.
İmtahanın nəticəsinə əsasən, namizədlərin C1 səviyyəsində biliklərə malik olması tələbi nəzərə alınaraq xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan və ümumi bala görə ən yüksək nəticə göstərən ilk 100 namizəd müsahibədə iştirak etmək hüququ qazanıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO