Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi - FOTO

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi - FOTO

Hazırda oxunan: Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi - FOTO

586586

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Həsənqala kəndində Vətən müharibəsi şəhidi İsmayılov Orxan Qədim oğlunun ailəsini ziyarət edib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, ziyarət zamanı icra başçısı şəhidin ailə üzvlərinin gündəlik qayğı və ehtiyacları, mövcud problemləri, şəhidin yataq xəstəsi olan atası Qədim İsmayılovun səhhəti və müalicə prosesi ilə maraqlanıb.

Səmimi söhbət zamanı Sahir Məmmədxanov şəhidlərimizin qəhrəmanlığının xalqımızın yaddaşında daim yaşayacağını, onların xatirəsinin hər zaman uca tutulacağını xüsusi vurğulayıb.

Daha sonra rayonun Atlıxan kəndində Vətən müharibəsi qazisi İlkin Abuyev və ailəsini ziyarət edən icra başçısı qazi İlkin Abuyevin sağlamlıq vəziyyəti və ailəsinin sosial təminatı ilə maraqlanıb. Qazinin mövcud problem və təklifləri dinlənilib.

Ardınca rayon rəhbəri Əvəcük kəndində 7 uşaqlı, aztəminatlı ailə – Abbasov Babək Şirzad oğlunun ailəsini ziyarət edib. Ziyarət zamanı ailənin sosial vəziyyəti öyrənilib. Ailənin övladlarına Qusar Rayon İcra Hakimiyyəti tərəfindən geyim yardımı göstərilib, eyni zamanda ailənin yaşayış evinin təmirinə müvafiq köməklik göstərilib.

Ziyarət edilən ailələr onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO