2025-ci ildə Azərbaycanda ilk dəfə olaraq kritik informasiya strukturlarının təhlükəsizlik vəziyyəti qiymətləndirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov AKTA-nın illik hesabatının təqdimatında məlumat verib.
O qeyd edib ki, bu kritik informasiya infrastruktur subyektləri ölkənin ən əhəmiyyətli, ən həssas infrastrukturları hesab olunur. Qiymətləndirmə zamanı məlum olub ki bəzən özlərini əskik qiymətləndiblər.
O qeyd edib ki, özəl sektorda da iri sahibkarlıq subyektləri ilə maarifləndirici işlər aparılıb, metodoloji dəstək verilib: "Bu il daha çox qurumlarin özlərinin özlərini qiymətləndirməsinə üstünlük vermişik. Əvvəlki illərdə müəyyən edilmiş hansı risklər var ki, bu il də qalıq risk kimi qalıb? Onların idarə edilməsində hansı tədbirlər görülür və s”.
D. Rüstəmov həmçinin qlobal miqyasda artan kibertəhdidlər, informasiya infrastrukturunun qorunmasının əhəmiyyəti və bu təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Bundan başqa o, rəqəmsallaşmanın sürətlənməsi fonunda kiber təhdidlərin artdığını bildirərək, qanunvericilik təşəbbüsləri və institusional əməkdaşlıq vasitəsilə bu təhdidlərə qarşı kompleks yanaşmanın vacibliyini diqqətə çatdırıb.
Şəfiqə Şəfa, Sadiq Məmmədov Bizim Media































































































