AKTA 2026-cı ildə ekspertlərinin sayını ARTIRACAQ

AKTA 2026-cı ildə ekspertlərinin sayını ARTIRACAQ

Hazırda oxunan: AKTA 2026-cı ildə ekspertlərinin sayını ARTIRACAQ

586288

“2025-ci ildə "Qəhrəmanların izi ilə”  adlı uğurlu layihəmiz çərçivəsində şəhid qəhrəmanlarımızın izini gəzmişdik və bu təşəbbüsü mütləq şəkildə 2026-cı ildə də davam etdirəcəyik”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov  illik hesabat təqdimatında çıxışında qeyd edib. 

O bildirib ki, bu məsələlər gündəmə gətiriləcək və onların müzakirəsi hər il təşkil ediləcək:

"Qaldırdığımız bir çox mövzu indiyədək bizim sosial təşəbbüs layihələrimizin tərkib hissəsi olub. Xüsusilə, 2026-cı il üçün planlarımız arasında üzvlərimizin və ekspertlərimizin sayının artırılması da var. Lakin biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Biz hesab edirik ki, bu gün əsas diqqət keyfiyyətə yönəlməlidir. Bu səbəbdən də say məsələsi prioritet deyil.
 

Ekspertlərimizin fəaliyyəti, onların il ərzində həyata keçirdiyi işlər və təşəbbüslər bizim üçün olduqca önəmlidir. Ayrı-ayrı şəxslərin adlarının önə çəkilməsi deyil, böyük bir komandanın birgə fəaliyyəti əsasdır.


Hazırda arxamızda dayanan, 100 nəfərdən çox ekspertimiz var və biz onların potensialından maksimum istifadə etməyə çalışırıq".

R. Cabbarov vurğulayıb ki, rəqəmsallaşma kibertəhlükəsizlik risklərini artırır və burada etik məsələlərdən tutmuş irəli sürülən təkliflərə qədər çoxsaylı mövzular gündəmə gəlir:

“Bu səbəbdən artıq bu mövzulara xüsusi diqqət yetiriləcək”.

Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO