Anası tərəfindən evdə tək buraxılan uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Anası tərəfindən evdə tək buraxılan uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Anası tərəfindən evdə tək buraxılan uşaqla bağlı RƏSMİ AÇIQLAMA

0:00
0:00
58600

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı məlumat yayıb.

Komitədən Bizim.Media-ya verilən xəbərdə bildirilib ki, fevralın 3-də kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı videogörüntü yayılıb.

Qeyd olunub ki, məsələnin araşdırılması ilə əlaqədar dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru yuxarıda qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər:

“6 yaşlı uşağın anası A.Ə. həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib.

Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur və uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır.

Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu halın baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər. Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”, - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO