Bakıda daha 5 ixtisaslaşmış sosial xidmət mərkəzi yaradılacaq

Bakıda daha 5 ixtisaslaşmış sosial xidmət mərkəzi yaradılacaq

Hazırda oxunan: Bakıda daha 5 ixtisaslaşmış sosial xidmət mərkəzi yaradılacaq

0:00
0:00
58596

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 2022-ci il üzrə planına əsasən, bu il Bakıda daha 5 ixtisaslaşmış sosial xidmət mərkəzi yaradılacaq.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, bunlardan 2-si sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası üzrə xidmətlər göstərəcək.

Baxımsız uşaqların ailələri ilə profilaktik işləri yerinə yetirən mərkəzin, uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması üçün reinteqrasiya mərkəzinin yaradılması da planlaşdırılıb.

Məişət zorakılığından əziyyət çəkən şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı də ildən-ilə güclənir.

Ötən il Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsi tərkibində həmin şəxslərə yardım mərkəzi şöbəsi də fəaliyyətə başlayıb.
2022-ci ildə isə Bakıda məişət zorakılığından əziyyət çəkən şəxslər üçün böhran mərkəzinin də pilot olaraq yaradılması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO