IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

Hazırda oxunan: IDEA Sabirabad və Cəlilabadda kütləvi ağacəkmə aksiyaları təşkil etdi – FOTO

585830

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Sabirabad və Cəlilabad rayonlarında təşkil edilib.

IDEA İctimai Birliyindən Bizim.Media-ya verilən məlumata görə, birliyin könüllülərinin iştirakı ilə Sabirabad rayonunun Məmişlər kəndi ərazisində 1250 ədəd sərv, Şərq çinarı və meliya ağacı əkilib. Həmçinin Cəlilabad rayonunun Kazımabad kəndində keçirilən aksiya zamanı 600-dən çox sərv ağacı əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

“Yaşıl marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO