Azərbaycan kosmonavtlarla bağlı SAZİŞƏ QOŞULDU

Azərbaycan kosmonavtlarla bağlı SAZİŞƏ QOŞULDU

Hazırda oxunan: Azərbaycan kosmonavtlarla bağlı SAZİŞƏ QOŞULDU

585803

Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulub.

Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

“Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş” kosmik gəminin şəxsi heyətinin qəzaya uğraması, təcili və gözlənilmədən eniş etmə barədə məlumat alan Tərəfin vəzifələrini müəyyən edir bu sahədə yarana biləcək münasibətlərin effektiv qaydada tənzimlənməsini nəzərdə tutur.

Sazişdə kosmonavtlara mümkün olan bütün yardımların göstərilməsini, onların dərhal təhlükəsiz geri qaytarılmasını və s. məsələləri tənzimləyən bir sıra vacib müddəalar müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyulaarq bir oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO