Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 293 milyon manat vəsait geri qaytarıldı

Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 293 milyon manat vəsait geri qaytarıldı

Hazırda oxunan: Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 293 milyon manat vəsait geri qaytarıldı

585801

Cari ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb.

Maliyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO