Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Hazırda oxunan: Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

585770

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsi və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən İran vətəndaşları polisin əməliyyatı nəticəsində saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılan 23 yaşlı Hauri Qədirpuri və 26 yaşlı Süleyman Xezridən 30 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mütəşəkkil dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO