Ötən ay Şəmkirdə 300-ə yaxın şəxs cərimə edilib - MONİTORİNQ

Ötən ay Şəmkirdə 300-ə yaxın şəxs cərimə edilib - MONİTORİNQ

Hazırda oxunan: Ötən ay Şəmkirdə 300-ə yaxın şəxs cərimə edilib - MONİTORİNQ

58573

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda – taksi və avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmaması tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına diqqət yetiriblər. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib. 

Cari ilin müvafiq dövrü ərzində bu qaydalara əməl etməyən 80-ə yaxın şəxs barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

Monitorinq rayon ərazisindəki market, kafe-restoran, mehmanxana və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu yerlərdə aparılıb, nəzarət-profilaktiki tədbirlər davam etdirilib.  
Polis əməkdaşları tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunmaqla yanaşı, tələb olununan məkanlarda müştəri və işçi personallarının COVİD-19 pasportunu yoxlayıb. 

Ötən yanvar ayı ərzində rayon ərazisində sanitar-karantin qaydalarını pozan 300-ə yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO