“Gedib arxivdən kitabları götürüb müqayisə də edə bilərsiniz. Hazırda kitablar iki yarımilə bölünür. Dərslər də demək olar eynidir. Çantanın ağırlığını zaman oxuna qoysaq, ya eyni olub, ya da zamanında bunu media kifayət qədər gündəmə gətirə bilməyib.
Bu bizim məsələyə münasibətimizdən asılıdır. Təbii ki, çantaların ağırlığı problemi var, bunu da danmaq olmaz. Mən düşünmürəm ki, bu təhsilin məzmunu ilə bağlıdır. Bizim edəcə biləcəyimiz o olub ki, əvvəl dərsliklər birillik hazırlanırdısa, hazırda yarımillikdir.
İbtidai sinif səviyyəsində bir dərsliyin çəkisi 270-300 qram arasında dəyişir. Bu problem hər birimizin problemidirsə, hər birimiz həll etməliyik”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, çantalar məcmundan əlavə evlərdən qoyulan yüklə də əlaqəlidir:
“Təəssüf ki, bir çox siniflərimizdə Elm və Təhsil Nazirliyinin tövsiyə etmədiyi və ya dərs proqramının bir hissəsi olmayan müxtəlif vəsaitlər məktəbə gətirilər. Bu da çantanı ağırlaşdırır”.
Bizim.Media































































































