Balakəndəki qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - RƏSMİ

Balakəndəki qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - RƏSMİ

Hazırda oxunan: Balakəndəki qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - RƏSMİ

585699

Axşam radələrində rayonun Talalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Balakəndə AĞIR QƏZA: 4 yaralı var


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya verilən məlumata görə  “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
 

Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.


Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Tural Rasimoğlu, Bizim.Media. Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO