Qripdən sonra kəskin QULAQ AĞRISI – Son günlər yayılan bu xəstəlik NƏDİR?

Qripdən sonra kəskin QULAQ AĞRISI – Son günlər yayılan bu xəstəlik NƏDİR?

Hazırda oxunan: Qripdən sonra kəskin QULAQ AĞRISI – Son günlər yayılan bu xəstəlik NƏDİR?

585626

Son zamanlar kəskin qulaq ağrısı ilə müşayiət olunan xəstəlik yayılıb. Bir çox hallarda bu vəziyyət qrip və ya soyuqdəymə kimi yuxarı tənəffüs yolu infeksiyalarından sonra yaranır və zaman keçdikcə şikayətlər daha da şiddətlənir. Xəstələr bildirirlər ki, xüsusilə kəskin qulaq ağrısı antibiotik qəbulu olmadan keçmir. 

Uşaqlar və böyüklər arasında yayılan bu xəstəlik nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Bu xəstəliklərə DİQQƏT: Uşaqlarınızda eşitmə pozğunluğu yarana bilər


Otolarinqoloq Lalə Qasımova Bizim.Media-ya bildirdi ki, qrip əslində birbaşa kəskin qulaq ağrısı yaratmır. Sadəcə qrip ağırlaşanda burun-udlaq yolu şişir, qulaqla boğazı birləşdirən boru tutulur, bunun nəticəsində orta qulaqda maye yığılır. Daha sonra iltihablanma yaranır.

“Əgər qrip əlamətlərində ağırlaşma müşahidə olunmadan qulaq ağrısı kəskinləşir, xüsusən də ağrı günü-gündən artır və gecələr daha şiddətlənirsə bu, bakterial infeksiya ola bilər. Antibiotiksiz keçməməsinin səbəbi də budur. Çünki qrip antibiotik tələb etmir, amma bakterial qulaq iltihabı çox vaxt antibiotiksiz sağalmır. Amma onu da mütləq həkim təyinatı ilə qəbul etmək lazımdır”.

Tibb üzrə ekspert Rasif Bağırov isə vurğuladı ki, adətən viruslar orqanizmdə çox qalmır.

“Bircə Korona virusu 15-16 gün qala bilirdi. Adi qrip infeksiyaları isə 3-5 gün qalır. Ondan sonra bakterial infeksiya başlayır. O viruslar özləri konkret olaraq xəstəlik yaratmır, dolayısı yolla yatmış daxili bakteriyaları oyadır. Bu da vaxtında müalicə olunmayanda onun fəsadları başlayır: boğazda tanzilitlər, abseslər baş verir. Oradan boru vasitəsilə qulağa keçir. Qısaca, qulaqda yaranan ağrılar qrip infeksiyasının sağalmamağından əmələ gələn fəsad deməkdir. Bu ağrının qriplə eyni anda baş verməsi nadir hallarda rast gəlinir”.

Şəfiqə Şəfa, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO