Bu qəsəbədə məişət tullantıları günlərdir daşınmır – FOTO

Bu qəsəbədə məişət tullantıları günlərdir daşınmır – FOTO

Hazırda oxunan: Bu qəsəbədə məişət tullantıları günlərdir daşınmır – FOTO

585315

Zaqatalanın Qazangül qəsəbəsi öz çay plantasiyaları ilə məşhurdur.

Bizim.Media-nın yerli bürosuna müraciət edən qəsəbə sakinləri bildirir ki, Qazangül hər zaman abad və səliqə-sahmanı ilə seçilib.
 

Qəsəbə həm də ölkəmizdə çay plantasiyaları ilə tanındığından, bura hər zaman qonaqlı-qaralı olub. Lakin son dövrlər qəsəbənin küçələrində zibil qutularının daşınmaması, qalaq-qalaq yığılması xoşagəlməz mənzərə yaradır.


Sakinlər artıq bir neçə gündür zibillərin daşınmaması səbəbindən belə bir mənzərənin ortaya çıxdığını bildirirlər.

Onlar məsələ ilə bağlı müvafiq quruma da müraciət edildiyini lakin hələlik bir tədbir görülmədiyini bildirir.
 

Sakinlərin haqlı narazılığı ilə bağlı qəsəbə nümayindəliyindən bildirilib ki, məsələ tezliklə həll olunacaq.


Mövzunu diqqətdə saxlayacağıq.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO