Akoqolun xərçəng riski daşıdığı beş insan qrupu AÇIQLANDI

Akoqolun xərçəng riski daşıdığı beş insan qrupu AÇIQLANDI

Hazırda oxunan: Akoqolun xərçəng riski daşıdığı beş insan qrupu AÇIQLANDI

585249

Tədqiqat təsdiqləyib ki, alkoqol xərçəng riskini artırır və bəzi insan qrupları xüsusilə həssasdır.

Bizim.Media xəbər verir ki, Florida Atlantik Universitetinin Çarlz E. Şmidt adına Tibb Kollecinin alimləri tərəfindən aparılan geniş sistematik araşdırma alkoqol istifadəsi ilə bir neçə növ onkoloji xəstəlik arasında birbaşa əlaqəni qəti şəkildə sübut edib.

“Cancer Epidemiology” jurnalında dərc olunan araşdırmanın nəticələri 100 milyonadək insanın daxil olduğu 62 elmi işin analizinə əsaslanır.

Alimlərin bildirdiyinə görə, xərçəngin yaranma riski içilən alkoqol miqdarı və istifadə tezliyi artdıqca, hətta az dozadan başlayaraq yüksəlir. Ən güclü əlaqə döş xərçəngi, yoğun bağırsaq xərçəngi, həmçinin qaraciyər, ağız boşluğu, qırtlaq, qida borusu və mədə xərçənglərində müşahidə olunub.

Alkoqol xəstəliyin yaranmasına təkcə səbəb olmur, həm də onun gedişatını ağırlaşdırır, məsələn, alkoqol qaraciyər xərçənginin sürətlə inkişafına təkan verir.

Araşdırmada alkoqolun kanserogen təsirinə qarşı ən həssas beş qəbildə insan qrupu xüsusi vurğulanır.

Hətta orta miqdarda içkidə belə bu qruplarda risk qeyri-mütənasib dərəcədə artır:

Bəzi irqi və etnik qrupların nümayəndələri (məsələn, afroamerikalılar);

Aşağı sosial-iqtisadi statuslu insanlar (az gəlir və təhsil səviyyəsi təsir edir);

Piylənməsi, diabeti və ya bu xəstəliklərə genetik meyilliliyi olan şəxslər;

Siqaret çəkənlər (siqaret alkoqolun kanserogen təsirini əhəmiyyətli dərəcədə gücləndirir);

Qadınlar (xüsusilə nadir, lakin böyük dozada içmə daha təhlükəlidir).

Tədqiqat həmçinin cinslər arasında fərqlər aşkar edib:

Kişilər üçün daha təhlükəli olan vəziyyət tez-tez və müntəzəm içməkdir.

Qadınlar üçün isə nadir, amma çox miqdarda içmək daha risklidir.

Bəzi hallarda içkinin tipi də əhəmiyyət daşıyıb. Məsələn, ağ şərab və pivə müəyyən növ xərçənglər üçün kəsərli alkoqoldan daha yüksək risklər göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO