IV Stomatoloji Xeyriyyə Konfransı uğurla başa çatdı - FOTO

IV Stomatoloji Xeyriyyə Konfransı uğurla başa çatdı - FOTO

Hazırda oxunan: IV Stomatoloji Xeyriyyə Konfransı uğurla başa çatdı - FOTO

585181

6 dekabr 2025-ci il tarixində Bakı Konqres Mərkəzində “Live Mentors” tərəfindən təşkil olunan IV Stomatoloji Xeyriyyə Konfransı keçirilib. Elmin və xeyirxahlığın birləşdiyi bu tədbir yüzlərlə yerli və xarici iştirakçını bir araya gətirərək həm peşəkar bilik mübadiləsinə, həm də sosial məsuliyyət təşəbbüslərinə xidmət edib.
 

Konfransda Braziliya, İspaniya, İtaliya və Meksikadan dəvət olunmuş beynəlxalq məruzəçilər stomatologiyanın aktual mövzuları – estetik stomatologiya, implantologiya, total ağız reabilitasiyası, adgeziv keramik restavrasiyalar, eləcə də müasir rəqəmsal protokollar üçün yeni material və strategiyalar haqqında məruzələrlə çıxış ediblər.


Tədbir çərçivəsində ənənəvi poster müsabiqəsi də təşkil olunub və böyük maraqla qarşılanıb. Müsabiqənin qalibləri konfransın sonlarına yaxın xüsusi mükafatlandırma mərasimində elan edilib.

Konfransın ardınca iştirakçılar üçün xüsusi bədii proqram təqdim olunub.

Proqram çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, eləcə də “O səs Azərbaycan” müsabiqəsinin qalibi Nadir Rüstəmli çıxış edərək tədbirə unudulmaz anlar qatdılar. Bədii hissə “Azərbaycan” rəqs ansamblının milli rəqs nümunələri ilə yekunlaşdı.

Ötən illərdə olduğu kimi, tədbirin əsas məqsədi stomatologiya sahəsində elmi inkişafı dəstəkləməklə yanaşı, xeyriyyə fəaliyyətini genişləndirməkdir. Əvvəlki konfranslardan əldə olunan vəsait ehtiyaclı ailələrdən olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən azyaşlıların sağlamlığının yaxşılaşdırılması üçün istifadə edilib. Bu il də ənənə davam etdiriləcək və toplanan məbləğ xeyriyyə məqsədlərinə yönləndiriləcək.

“Live Mentors” gələcək illərdə də stomatoloji sahənin inkişafına və sosial təşəbbüslərin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

“Live Mentors” təşkilatının fəaliyyəti, layihələr, görülmüş işlər, maliyyə hesabatları və dəstək göstərilən uşaqlar haqqında ətraflı məlumat rəsmi veb-səhifədə təqdim olunub.

Live Mentors

Veb səhifə: livementors.org 

E-mail: [email protected]

Telefon: +994 50 440 32 55


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO