Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Hazırda oxunan: Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

58518

Bakıdakı 20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçib.

Bizim.Media xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı fevralın 4-dən 20 nömrəli məktəb-liseydə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda daha bir məktəb distant təhsilə keçdi


Qeyd edək ki, 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə ötən il oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı. Ötən ilin noyabrın 11-dən isə əyani tədrisə geri dönmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO