Şəhid polkovnik-leytenantın ailə üzvlərinin müraciəti həllini tapdıxa0 - VİDEO

Şəhid polkovnik-leytenantın ailə üzvlərinin müraciəti həllini tapdıxa0 - VİDEO

Hazırda oxunan: Şəhid polkovnik-leytenantın ailə üzvlərinin müraciəti həllini tapdıxa0 - VİDEO

585127
Vətənin bütövlüyü uğrunda son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunan polkovnik-leytenant Mehman Şirvanovdur. 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olan Mehman ömrünün 23 ilini Azərbaycan Ordusuna xidmət edib. Qəhrəman zabitimizin sonuncu döyüşü Murovdağda olub. O, Murovdağ yüksəkliyi uğrunda gedən əməliyyatlar zamanı  sentyabrın 27-də qəhrəmancasına şəhid olub. Şəhidin ailə üzvləri sözü gedən kənddə yaşadıqları fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinə müraciət ediblər. Qısa müddət ərzində ünvanlanan müraciətin həlli istiqamətində işlərə başlanılıb, fərdi yaşayış evi təbii qazla təmin edilib.
 
Daha ətraflı video materialda:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO