“Eltacın mənə maşın almaq arzusu vardı. Deyirdi, ata, sənə Novruz bayramında sürpriz edəcəyəm. Sürprizi bircə bacısı bilirmiş”.
Bizim.Media xəbər verir ki, bunu “Xəzər” TV-yə ötən ay Bakıda ofisiant işlədiyi restoranın yaxınlığında faciəvi şəkildə vəfat edən 19 yaşlı Eltac Əliyevin atası deyib.
“20 ildir Masazırda yaşayıram, yollarımız pis gündə idi. Bu iş başıma gələndən sonra o pulu ora qoydum ki, gəlib-gedən ona rəhmət oxusun”, - o qeyd edib.
Qeyd edək ki, noyabrın 21-i Binəqədi rayonu Biləcəri qəsəbəsində “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşını dəmir konstruksiyalı pilləkən apararkən cərəyan vurub. Nəticədə Emil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyev (2006) vəfat ediblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:55 / 11.12.2025
Eltac yığdığı pulla maşın alacaqmış... - Video
Hazırda oxunan: Eltac yığdığı pulla maşın alacaqmış... - Video
Hazırda oxunan: Eltac yığdığı pulla maşın alacaqmış... - Video
584932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































