Bu şəxslərə dəfn pulu verilmir

Bu şəxslərə dəfn pulu verilmir

Hazırda oxunan: Bu şəxslərə dəfn pulu verilmir

584930

Azərbaycanda vəfat edən şəxslərə görə ödənilən vəsaitlər onların sosial statusundan asılı olaraq dəyişir.

Bəs işləməyən və pensiya almayan şəxslər vəfat etdikdə, ailələrinə dəfn pulu verilməsi nəzərdə tutulur?

Bizim.Media xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, dəfn pulu yalnız sığortalanan şəxslərə verilir:

“Yəni şəxs işləyirsə, o, məcburi dövlət icbari sığortasına cəlb olunur və buna görə dəfn müavinətinə hüququ yaranır. Həmçinin şəxs pensiyaçıdursa, əmək pensiyasına çıxıbsa, o da sığortalanmış sayılır və bu müavinət ona da şamil edilir. Əgər şəxs sığorta sisteminin əhatəsində deyilsə, bu halda dəfn pulu verilmir. Qanunun məntiqi də məhz bundan ibarətdir.

Çünki ölkədə sığorta sisteminə keçid edilib və mexanizm bu prinsiplə işləyir. Bunun ədalətli olub-olmaması ayrıca müzakirə mövzusudur, amma Dövlət Sosial Müdafiə Fondunun belə bir öhdəliyi yoxdur”.

S.Məmmədovun sözlərinə görə, dövlət istəsə, bunu ayrıca öz büdcəsindən ödəyə bilər:

“Məsələn, əmək pensiyası almaq hüququ olmayan şəxslərə 65 yaşına çatdıqları zaman yaşa görə müavinət verilməsi kimi addım atıla bilər, amma bu artıq DSMF-in borcu deyil”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO