Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hərəkətdə olan avtomobil 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.
Zəruri tibbi müdaxilə göstərilib, hazırda vəziyyəti nəzarət altındadır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu



























































































