Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun mandatına xitam verilməsi məsələsi qaldırılıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının iclasında məsələ müzakirə olunub.
Komissiya bununla bağlı Ali Məclisə müraciət olunması barədə qərar qəbul edib.
Məsələ Ali Məclisin iclasında müzakirə olunacaq.
Qeyd edək ki, deputat Əli Abbasovun adı bir müddət öncə məhkəmə işində hallanıb. Həmin iş üzrə tərəflər arasında barışıq əldə olunub, işə xitam verilib.
Əli Abbasov Şərur rayonu 4 saylı Yengicə seçki dairəsi üzrə deputat seçilib. O, Ali Məclisin iqtisadi- siyasət komitəsinin üzvüdür.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:26 / 10.12.2025
Azərbaycanda deputatın mandatına xitam verilir - Foto
Hazırda oxunan: Azərbaycanda deputatın mandatına xitam verilir - Foto
Hazırda oxunan: Azərbaycanda deputatın mandatına xitam verilir - Foto
584743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































