Hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT EDİLDİ

Hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT EDİLDİ

Hazırda oxunan: Hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT EDİLDİ

584710

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, müraciətdə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyi bildirilir.

"Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - müraciətdə bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO