Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə CƏZA İSTƏNİLDİ

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə CƏZA İSTƏNİLDİ

Hazırda oxunan: Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə CƏZA İSTƏNİLDİ

584702

Dövlət ittihamçısı Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən Səudiyyə Ərəbistanı vətəndaşları - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin 4 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə əvvəl iclasda iştirak edə bilməyən şahidlərin ifadəsi elan olunub.

Sonra cinayət işi üzrə sənədlər tədqiq edilib. Onların Şəhidlər xiyabanında çəkdiyi video məhkəmədə izlənilib.

Müdafiə tərəfi təqsirləndirilənlərin hərəkətlərində qəbirə qarşı hər hansı bir təhqir olmadığını bildiriblər. Onlar məsələni müəyyənləşdirmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı vəsatət veriblər.
 

Dövlət ittihamçısı linqivistik ekspertizanın keçirilməsinə etiraz edərək bildirib ki, istintaqın topladığı sübutlar yalnız video görüntülərdən ibarət deyil. Prokuror xatırladıb ki, şahidlər də ifadələrində sözügedən şəxslərin Şəhidlər xiyabanında qeyri-etik hərəkət etdiyini deyiblər.


Məhkəmə müdafiə tərəfin linqvistik ekspertiza keçirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Çıxışlar mərhələsi başlayıb, dövlət ittihamçısı da öz növbəsində çıxış edib. İttihamçı həmçinin çıxışı zamanı onların cəzalarını çəkdikdən sonra Azərbaycan hüdudlarından çıxarılmasını istəyib.

İclasda zərərçəkən tərəfdən iştirak edən iki nəfər sözügedən şəxsləri bağışladıqlarını deyiblər. Vəkillər çıxışa hazır olmadıqlarını deyərək məhkəmədən vaxt istəyiblər. Növbəti iclas dekabrın 16-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib.

İttihama görə, Səudiyyə Ərəbistanı vətəndaşları - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO