Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər DAYANDIRILIR

Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər DAYANDIRILIR

Hazırda oxunan: Xarici diplomların tanınması gələn ilin əvvəlinə qədər DAYANDIRILIR

584687

Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
 

"Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması Elektron Müraciət Sistemi (EMS) vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Bildiririk ki, EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır.


Bu baxımdan, EMS vasitəsilə ərizələrin qəbulu bu il dekabrın 16-dan gələn il yanvarın 1-dək dayandırılacaq.

Ərizəçilərdən bunu nəzərə almaları və ən geci dekabrın 16-dək müraciət etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO