Bakıda vahid nəqliyyat kartı istifadəyə veriləcək - RƏSMİ

Bakıda vahid nəqliyyat kartı istifadəyə veriləcək - RƏSMİ

Hazırda oxunan: Bakıda vahid nəqliyyat kartı istifadəyə veriləcək - RƏSMİ

0:00
0:00
58449

Bakı və Bakıətrafı ərazilərdə vahid nəqliyyat kartının istifadəyə verilməsi üçün danışıqlar aparılır. 

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib. 

A.Bədəlovanın sözlərinə görə, müzakirələrin nəticəsində vahid nəqliyyat kartının hansı formada olması bilinəcək: 

“Hazırda texniki tapşırıq hazırlanır. Həmçinin qiymətləndirmə aparılır ki, bunu hansı formada etmək mümkündür. Vahid nəqliyyat kartına Bakı şəhəri və Abşeronda olan ictimai nəqliyyatın inteqrasiyası planlaşdırılır. Hazırda bu kartın forması və formatı nəzərdən keçirilir”. 

Nazir müşaviri həmin kartın dəmiryolu və metroda keçərli olması ilə bağlı da aidiyyəti qurumlarla müzakirələr aparıldığını əlavə edib. 

Qeyd edək ki, hazırda Bakıda olan ictimai nəqliyyatda həm nağd ödəniş, həm də “BakıKart”dan istifadə edilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı reysində isə həm dəmiryoluna məxsus xüsusi kart, həm də banklara məxsus plastik kartlar keçərlidir. 

Xatırladaq ki, hazırda Sumqayıtda bütün ictimai nəqliyyat kart sisteminə keçir. Artıq “BakıKart” sistemi ilə eyni olan kartlar da sifariş edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO