Füzulidə raket tipli döyüş sursatı aşkarlandı - VİDEO

Füzulidə raket tipli döyüş sursatı aşkarlandı - VİDEO

Hazırda oxunan: Füzulidə raket tipli döyüş sursatı aşkarlandı - VİDEO

58446

İşğaldan azad edilən Füzuli rayonunda raket tipli döyüş sursatı aşkar edilib. 

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, mütəxəssislər raketlərin hava hücumundan müdafiə təyinatlı olduğunu bildiriblər.

Sözügedən sursatlar ermənilərin qoyub qaçdığı hərbi hissənin döyüş mövqelərindən birində tapılıb.

Qeyd edək ki, raketlər ərazidə xidmət aparan Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində  aşkarlanıb. 20-ə yaxın hava hücumundan müdafiə raketinə ANAMA- nın mütəxəssisləri tərəfindən baxış keçirilib və müəyyən edilib ki, sursatlar döyüşə tam yararlıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO