Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, 5 məzun buraxılış imtahanlarında, 5 məzun isə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə əldə edərək yaşıdlarından fərqlənib.
BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu III ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verib. O, hər iki mərhələnin ümumi nəticələrinə görə, 700 bal toplayıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:12 / 21.12.2020
40 məzuna Prezident təqaüdü verilib
Hazırda oxunan: 40 məzuna Prezident təqaüdü verilib
Hazırda oxunan: 40 məzuna Prezident təqaüdü verilib
5842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.