Həyat yoldaşımı Gəncədən Bakıya yola salmaq istəyərkən avtovağzalda məndən yük üçün əlavə ödəniş tələb olunub.
Bizim.Media xəbər verir ki, bu iddianı Gəncə sakini Şakir Vəliyev irəli sürüb.
İlk dəfə belə vəziyyətlə rastladşığını deyən şəxs hesab edir ki, bu cür ödənişin heç bir hüquqi əsası yoxdur.
Vətəndaş iddia edir ki, onun yükünün həcmi böyük ola bilər, ancaq çəkisi norma daxilində olub.
Məsələ ilə əlaqədar avtovağzal rəhbərliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sərnişindən bilet haqqından əlavə heç bir ödəniş alınmayıb.
Daşıyıcı şirkətin nümayəndəsi isə qeyd eitdi ki, sərnişin normadan artıq yük aparıb və buna görə əlavə ödəniş tələb etməkdə haqlıdırlar.
Qeyd edək ki, avtovağzal rəhbərliyindən də normativ sənədlərdə bir sərnişin üçün 20 kq yük nəzərdə tutulduğu bildirilib.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:23 / 06.12.2025
Gəncə avtovağzalında sərnişindən yükə görə əlavə pul tələb olunub - İDDİA/VİDEO
Hazırda oxunan: Gəncə avtovağzalında sərnişindən yükə görə əlavə pul tələb olunub - İDDİA/VİDEO
Hazırda oxunan: Gəncə avtovağzalında sərnişindən yükə görə əlavə pul tələb olunub - İDDİA/VİDEO
584088
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































