Yüz illik dərman 1-ci tip diabetli xəstələrdə insulin dozasını azaltmağa kömək edir - ARAŞDIRMA

Yüz illik dərman 1-ci tip diabetli xəstələrdə insulin dozasını azaltmağa kömək edir - ARAŞDIRMA

Hazırda oxunan: Yüz illik dərman 1-ci tip diabetli xəstələrdə insulin dozasını azaltmağa kömək edir - ARAŞDIRMA

584065

Avstraliyalı mütəxəssislərin yeni araşdırması göstərib ki, adətən 2-ci tip diabetin müalicəsində istifadə olunan metformin 1-ci tip diabet xəstələrinin həyatını xeyli yüngülləşdirə bilər.

Bizim.Media xəbər verir ki, klinik sınaqlar təsdiqləyib ki, dərman insulin dozasını 12% azaltmağa imkan verir, lakin insulinə qarşı müqaviməti tam aradan qaldırmır.

1-ci tip diabet otoimmün xəstəlikdir: orqanizm insulinin istehsalına cavabdeh olan mədəaltı vəzinin hüceyrələrini məhv edir və buna görə xəstələr ömür boyu insulin qəbul etməyə məcbur olur. Uzunmüddətli insulin terapiyası isə müqavimətin inkişafına səbəb ola bilər ki, bu da ürək-damar fəsadları riskini artırır.

Garvan İnstitutunun tədqiqatında 40 yetkin xəstə iştirak edib. Onların yarısı metformin, digər yarısı isə plasebo qəbul edib. Alimlər insulinə həssaslığı qiymətləndirmək üçün klemp-testdən istifadə ediblər. Məlum olub ki, metformin insulinə həssaslığı yaxşılaşdırmır, lakin onun qəbuluna ehtiyacı azaldır. Tədqiqatın nəticələri nüfuzlu Nature Communications jurnalında dərc olunub.

“Tədqiqatda metformin qəbul edən xəstələr nəzarət qrupundan təxminən 12% daha az insulin istifadə ediblər. Bu önəmli nəticədir, çünki insulin terapiyası fiziki və psixoloji cəhətdən yükləyici sayılır”, – deyə tədqiqatın həmmüəllifi doktor Cennifer Sneit bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO