Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza Biləsuvar–Bəhrəmtəpə magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı Biləsuvar istiqamətində hərəkətdə olan qoşqulu “KamAZ” markalı yük maşını ilə İmişli istiqamətinə doğru hərəkət edən “Mercedes” markalı minik avtomobili toqquşub. Zərbə nəticəsində minik avtomobilində olan şəxslər xəsarət alıb.
Şahidlərin sözlərinə görə, qəza minik avtomobilinin qarşıdan gələn “KamAZ”ın zolağına çıxması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Cəmiyyət
19:37 / 05.12.2025
Biləsuvarda “KamAZ” minik avtomobili ilə toqquşdu
Hazırda oxunan: Biləsuvarda “KamAZ” minik avtomobili ilə toqquşdu
Hazırda oxunan: Biləsuvarda “KamAZ” minik avtomobili ilə toqquşdu
584058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































