Bu xəstəlikləri olanlar Masazırdan uzaq dursunlar – Həkimlərdən XƏBƏRDARLIQ

Bu xəstəlikləri olanlar Masazırdan uzaq dursunlar – Həkimlərdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Bu xəstəlikləri olanlar Masazırdan uzaq dursunlar – Həkimlərdən XƏBƏRDARLIQ

584016

Son on ildə sürətlə böyüyən, yeni binalar, şəhərciklərlə dolub-daşan Masazıra çoxları təkcə paytaxta ən yaxın, ən münasib qiymətlərinə görə deyil, həm də məşhur Duz gölünün təmiz havasına görə gəlirlər. Amma bu sürətli axının arxasında tərəddüd yaradacaq məqamlar da var.

Xüsusən də xroniki xəstəlikləri olanlar bu məlumatları gözardı etməsinlər.
 

MÖVZU İLƏ BAĞLI:

Bu ərazilərdə evlər kəskin UCUZLAŞDI – VİDEO


Onsuz da Masazır gölü indi kanalizasiya və çirkab sularının axını sayəsində faydalı olmaqdan çıxıb. Amma əvvəlki illərdə, yəni gölün təmiz vaxtlarında tənəffüs yolları sistemi üçün əvəzolunmaz idi. Belə ki, duzlu havadakı mikroskopik hissəciklər tənəffüs yollarında toplanmış bəlğəmi yumşaldır, burunda tıxanmanı azaldır. Ona görə də bronxit, astma, sinusit və xroniki öskürək zamanı rahatladıcı özəlliyi var.

Sonuncu – kəskin öskürəyin sağalması şəxsi təcrübədən keçib. Pulmanoloqlar ağciyərlərin ventilyasiyası üçün duz göllərini məsləhət görürlər. Üstəlik, nəfəsalma rahatlaşdığı üçün yuxunu da tənzimləyir.

Yüksək təzyiqi olanlar Masazırdan uzaq dursunlar

Amma bütün bunlarla yanaşı Duz gölünün ziyanlı tərəfləri də var, yəni endokrinoloqlar pulmanoloqlardan fərqli olaraq bu məsələdə bədbindirlər. Xüsusilə də duz təzyiqə təsir etdiyi üçün hipertoniyadan əziyyət çəkənlər, kobud desək Masazırdan uzaq dursunlar. Ancaq daha ehtiyatlanmalı məsələ sümük-oynaq problemidir: xalq arasında “duz qığırdaqları və sümükləri yeyir” kimi fikirlər birbaşa olmasa da dolayısı yolla öz təsdiqini tapıb.

Endokrinoloq Ləman Qarayeva Bizim.Media-ya açıqlamasında bildirdi ki, duz bədəndə bir sıra fizioloji dəyişikliklərə səbəb olaraq sümüklərin zəifləməsinə təsir göstərir. Yəni duzun yaratdığı əlaqəli proseslər nəticəsində sümük sıxlığı azalır, qığırdaq daha həssas olur və oynaqlarda fizioloji dəyişikliklər yaranır.

“Ən əsası duzun böyrəklər vasitəsilə kalsium itkisini artırmasıdır. Bədəndə natrium səviyyəsi yüksəldikdə böyrəklər onu xaric etməyə çalışır. Bu zaman natriumla birlikdə kalsium da sidiklə atılır.
 

Orqanizmdə kalsium səviyyəsi azalır, paratiroid hormonu artır, bu hormon sümüklərdən kalsiumu çıxararaq qanda balansı bərpa etməyə çalışır. Nəticədə sümüklər tədricən zəifləməyə başlayır. Osteoporoz, başqa adla “sümük əriməsi” duzla əlaqəli əsas səbəblərindən biridir. Amma bu proses duzun daxilə qəbulu zamanı baş verir. Nəfəs yolları vasitəsilə eyni nəticə verməsi sual altındadır”.


Qığırdaqlara gəlincə həkim duzlu havanın ona təsirinin daha güclü olduğunu vurğuladı. Belə ki, duzlu hava qan təzyiqini yüksəldərək oynaqlarda təzyiq yaradır, nəticədə qığırdağın qidalanmasını təmin edən mikrosirkulyasiyanı zəiflədir. Bu da öz növbəsində osteoartrit kimi oynaq xəstəliklərinin ağırlaşmasını sürətləndirir.

Şəfiqə Şəfa, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO