Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs məsuliyyətə cəlb edilib.
Bizim.Media xəbər verir ki, tikinti şirkətlərindən birinin nümayəndələri ilə sakinlər arasında olan mübahisəyə dair görüntülərə təhqiramiz ifadələr yazan şəxsin 1961-ci il təvəllüdlü Rövşən Quliyev olması müəyyən edilib.
Sumqayıt şəhər sakini olan şəxs Nəsimi rayonu ərazisində saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılan şəxs törətdiyi əməli etiraf edib: "Sosial şəbəkədə izlədiyim videogörüntüdə MTK əməkdaşları yaşlı qadını vurduqları üçün onların ünvanına nalayiq ifadə işlətmişəm. Buna görə çox peşmanam".
Məhkəmənin qərarı ilə R.Quliyev 20 sutkalıq inzibati həbs olunub. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:09 / 04.12.2025
Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs HƏBS EDİLDİ
Hazırda oxunan: Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs HƏBS EDİLDİ
Hazırda oxunan: Sosial şəbəkədə təhqiramiz ifadələr yazan şəxs HƏBS EDİLDİ
583784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































