"1926-cı ildən bəri ipəkçilik ənənələrini yaşadırıq. “Azəripək" ASC ölkəmizin ən qədim və ən böyük ipəkçilik müəssisələrindən biri kimi fəaliyyətini davam etdirir. 1931-ci ildə kombinat işə düşüb və həmin dövrdə burada 6 minədək işçi çalışıb".
Bizim.Media xəbər verir ki, bu sözləri "Azəripək" ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşov Şəkidə təşkil olunan mediaturda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda müəssisədə ümumilikdə 8500 nəfər əməkdaş fəaliyyət göstərir:
"Burada istehsal olunan məhsullar tamamilə - 100% təbii ipəkdən hazırlanır. Müəssisə həm xam ipək, həm kələğayı, həm də müxtəlif növ parçaların istehsalı ilə məşğuldur və ipəkçilik ənənələrinin qorunub saxlanılmasına mühüm töhfə verir.
Müəssisənin əsas bölmələrindən biri olan Barama emalı sahəsi xüsusi əhəmiyyətə malikdir. Hazırda bu şöbədə 120 nəfər qadın işçi çalışır. Burada baramadan xam ipək çıxarılır, eyni zamanda atlas parçaları, kələğayı və digər ipək məmulatları toxunur".
Anar Dadaşov qeyd edib ki, son illərdə müəssisədə modernləşmə prosesi aparılır. İstehsalatın təkmilləşdirilməsi, texnikanın yenilənməsi və avadanlıqların müasirləşdirilməsi istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir. Bu addımlar ənənəvi ipəkçilik sektorunun daha rəqabətqabiliyyətli və dayanıqlı olmasına xidmət edir.
Alçina Amilqızı, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:51 / 02.12.2025
“Azəripək” sədri: “1926-cı ildən bəri ipəkçilik ənənələrini yaşadırıq”
Hazırda oxunan: “Azəripək” sədri: “1926-cı ildən bəri ipəkçilik ənənələrini yaşadırıq”
Hazırda oxunan: “Azəripək” sədri: “1926-cı ildən bəri ipəkçilik ənənələrini yaşadırıq”
583517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































