Polkovnikin 5 min manatını mənimsəyən taksi sürücüsünə HÖKM OXUNDU

Polkovnikin 5 min manatını mənimsəyən taksi sürücüsünə HÖKM OXUNDU

Hazırda oxunan: Polkovnikin 5 min manatını mənimsəyən taksi sürücüsünə HÖKM OXUNDU

583510

"N" saylı hərbi hissənin sabiq komandiri (rəisi), polkovnik-leytenant Məmmədovun (şərti) 5 min manatını mənimsəyən taksi sürücüsünə məhkəmədə hökm oxunub.

Bizim.Media xəbər verir ki, 1982-ci il təvəllüdlü E.X. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilərək mühakimə olunub.

Məlum olub ki, E.X. sabiq komandiri inandıraraq onu hərbi qulluqçuların mənzil təminatı siyahısında önə çəkdirəcəyinə dair yalan vədlər verib, etibarından sui-istifadə etməklə 5 min manatını ələ keçirib. Zərərçəkmişlə təqsirləndirilən şəxs Azərbaycan Ali Hərbi Məktəbinin eyni ilin məzunları olduğundan "AAHM2002 məzunları" adlı "WhatsApp" qrupunda tanış olublar.
 

E.X. hazırda taksi sürücüsü olsa da, sözügedən məktəbin məzunu olub. O, Məmmədovu inandırıb ki, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən 7 saylı binada mənzil alaraq, onu da həmin binada öz qonşuluğunda yerləşən mənzillə təmin edəcək.


Zərərçəkmiş internet vasitəsilə mənzil siyahısında 3365-ci sırada olduğunu öyrəndikdən sonra önə çəkilmədiyini görüb və təqsirləndirilən şəxsin etibarından sui-istifadə edərək aldadıldığını anlayıb, şikayət etmək qərarına gəlib.

Məhkəmədə sabiq komandir Silahlı Qüvvələrinin 100 illiyi Yubiley medalı və "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edildiyini qeyd edərək, artıq E.X.-ə qarşı iddia və tələbinin olmadığını, istintaq dövründə onunla barışdığını bildirib.

Məhkəmənin hökmü ilə E.X. 1 il 11 ay 14 gün müddətinə islah işləri cəzasına məhkum edilib. (Qaynarinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO