Dərinin gənc qalmasının sirri kartofun gövdəsində imiş - ARAŞDIRMA

Dərinin gənc qalmasının sirri kartofun gövdəsində imiş - ARAŞDIRMA

Hazırda oxunan: Dərinin gənc qalmasının sirri kartofun gövdəsində imiş - ARAŞDIRMA

583374

Kartofun kökləri kosmetika sənayesi üçün əsl “qızıl” ola bilər.

Bizim.Media xəbər verir ki, Şotlandiyadakı Aberdin Universitetinin alimləri müəyyən ediblər ki, kartof gövdəsində solanezol adlı birləşmə var.

Bu maddə dəri qocalmasına qarşı mübarizədə güclü antioksidant olan koenzim Q10-un istehsalı üçün zəruridir. Həmçinin gövdədə kolagenin metabolizması üçün vacib olan K2 vitamini də mövcuddur.
 

Mütəxəssislər hazırda bu tullantıların yaşlanma əleyhinə kremlər və serumlar üçün inqrediyentə çevrilə bilib-bilməyəcəyini araşdırırlar. Layihə rəhbəri, immunologiya professoru Xizer Uilsonun sözlərinə görə, kartofdan əldə olunan solanezolun potensialının öyrənilməsi həm həyəcanverici, həm də çox önəmli bir tədqiqat sahəsidir.


Qeyd edək ki, alimlər kartofun dəri üçün faydalı xüsusiyyətlərini əvvəl də aşkar etmişdilər.

Məsələn, 2019-cu ildə aparılan bir araşdırma kartof qabığı ekstraktının kolagen istehsalını yaxşı stimullaşdırdığını göstərib.

Bundan əlavə, beta-karotin, C və E vitaminləri ilə zəngin olan şirin kartof uzun müddətdir ki, dərini qorumaq və ona parlaqlıq vermək üçün istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO