Cəlilabadda 6 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Cəlilabadda 6 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Cəlilabadda 6 aylıq körpənin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

583275

Cəlilabadda 6 aylıq körpənin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müayinədən sonra vurulan iynəyə görə vəziyyətinin ağırlaşdığı ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, səhhəti ağırlaşdıqdan sonra Bakıda yerləşən xəstəxanaların birinə aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından Bizim.Media-ya verilən məlumata görə, 6 aylıq körpə ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına heç bir müraciət qeydə alınmayıb.

Aparılan araşdırmanın nəticəsində müəyyən edilib ki, təxminən 4 ay əvvəl, gecə saatlarında körpənin valideynləri azyaşlını xəstəxananın həkim-pediatrının evinə gətirib, həkim onu müayinə edərək, yalnız ilkin tibbi yardım göstərib.

Daha sonra həkimin körpə ilə hər hansı təması olmayıb, müayinə və inyeksiya edilməsi həyata keçirilməyib. 

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO